8 C
Baku
Monday, November 18, 2024

Binance bazar payını itirir

Lakin tədqiqatlara görə mərkəzləşdirilməmiş birjalardakı ticarət həcmləri artır.

Banker.az-ın İnvestisiya bölməsi bilirir ki, bu barədə “0xScope” şirkətinin yeni araşdırmasında deyilir.

“Binance” son bir ildə kriptobirjalar arasında ümumi spot ticarət həcmlərində təxminən 13% bazar payını itirib. Buna baxmayaraq, o hələ də ticarət həcmləri baxımından lider platformadır — təxminən 40% paya sahibdir. Eyni dövr ərzində Bybit öz payını 8,5%-ə, OKX isə 6,4%-ə qədər artırıb. Derivativ bazarında da Binance-in payında təxminən 9% azalma müşahidə olunur (ticarət həcminin 42,5%-i). Əsas rəqiblər Bybit, OKX və Bitget də bu seqmentdə artım göstərirlər.

Eyni zamanda mərkəzləşdirilmiş birjalarla müqayisədə mərkəzləşdirilməmiş birjalarda ticarət həcmi maksimuma yaxındır: hər şərti $1 mlrd. həcmə görə CEX-də təxminən $141 mln. DEX-də həcm mövcuddur. Analitiklər belə tendensiyanı DeFi tətbiqlərinin daha rahat istifadəsi və staking, restaking və real aktivlərin tokenləşdirilməsi (RWA) kimi istiqamətlərin inkişafı ilə izah ediblər.

5235

Son xəbərlər
Digər xəbərlər