Azərbaycanda bank olmayan kredit təşkilatlarının aktivləri 2024-cü ilin ilk üç rübü ərzində 221.4 milyon manat və ya 29 faiz artıb.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Beləliklə, aktivlər 1 oktyabr 2024-cü il tarixinə 979.9 milyon manat olub.
Aktivlərdə ən iri həcm əsas fəaliyyət istiqamətləri olan müştəri kreditlərininin payına — 688 mln. manat – düşür və bu da son üç rübdə 129.7 mln. manat və ya 23 faiz artmış olub.
Öhdəliklərin həcmi isə son üç rübdə 74.4 mln. manat və ya 17 faiz artaraq 517.7 mln. manata qalxıb. Bunun 215.3 mln. manatı borc vəsaitləri və 50.8 mln. manatı isə istiqrazlar olub.
BOKT-lərin xalis aktivləri hesabat dövründə 147 mln. manat və ya 47 faiz artımla 462.2 mln. manata qalxıb. Kapitalın 230.4 mln. manatı nizamnamə kapitalı, 5.2 mln. manatı qrantlar və 241.3 mln. manatı bölüşdürülməmiş mənfəət təşkil edib.