16 C
Baku
Friday, November 22, 2024

G7 ilin sonuna qədər Ukraynaya $50 mlrd. kredit ayıracaq

“Böyük Yeddilik” (G7) 2024-cü ilin sonuna qədər Ukraynaya kredit kimi 50 milyard dollar ayırmaq niyyətindədir.

Bu barədə “RBC-Ukrayna” ABŞ-nin maliyyə naziri Cennet Yellenin Ukraynanın maliyyə naziri Sergey Marçenko ilə görüşü zamanı verdiyi açıqlamaya istinadən məlumat yayıb.

Yellen açıqlamada qeyd edib ki, ABŞ-nin təmin edəcəyi hissə 20 milyard dollar təşkil edəcək və kredit dondurulmuş Rusiya aktivlərindən gələcək gəlirlər hesabına ödəniləcək.

Xatırladaq ki, Avropa İttifaqı Şurası kreditin bir hissəsi kimi Ukraynaya 35 milyard avroya qədər vəsaitin köçürülməsi barədə qərarı təsdiqləyib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər