10 C
Baku
Monday, November 18, 2024

EPUL-a əlavə maya qoyuldu- Kapital 2.06 mln. manata qaldırıldı

Azərbaycanda lisenziya ilə fəaliyyətdə olan “Paysis” MMC-nin  (EPUL) nizamnamə kapitalı 2 milyon manatı keçib.

Banker.az xəbər verir ki, şirkətin nizamnamə kapitalı 400 min manat və ya 24.1 faiz artırılmışdı.

Kapital 2 060 000 manat təşkil edib.

“EPUL” 2014-cü ildə təsis edilib, cari ilin iyulundan elektron pul təşkilatı kimi Azərbaycan Mərkəzi Bankından lisenziya əldə edib. Şirkət, ödəniş əməliyyatının ekvayrinqi; elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası növü üzrə lisenziyası var.

 

Son xəbərlər
Digər xəbərlər