16 C
Baku
Friday, November 22, 2024

Azərbaycandan kənarda əldə olunan gəlir üzrə vergi yoxlaması son 5 ili əhatə edəcək

İqtisadiyyat Nazirliyinin Kollegiyası 7 sentyabr 2016-cı il tarixli “Vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədi ilə bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.

Bununla bağlı nazir Mikayıl Cabbarov yeni qərar imzalayıb.

Qərara əsasən, ölkədən kənarda əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda, vergi yoxlamaları qərar qəbul edildiyi gündən əvvəlki 5 illik dövrü əhatə edəcək.

Bundan başqa, vergi orqanları təhsil müəssisələri, o cümlədən xüsusi təhsil müəssisələri ilə yanaşı, məktəbəqədər təhsil müəssisələrinin də mənfəətinin hansı xərclərə yönəldilməsini araşdıracaq.

Həmçinin ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər vergi tutulan əməliyyatlarının məbləği 200 min manatı keçdiyi aydan sonrakı ayın 1-dən etibarən 10 gün ərzində fəaliyyətlərini sadələşdirilmiş vergi ödəyicisi kimi davam etdirəcəkləri barədə vergi orqanına yazılı formada ərizə təqdim etməlidirlər.

İqtisadiyyat Nazirliyinin Hüquq Şöbəsinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər