Azərbaycandakı bankların 2024-cü ilin yanvar-sentyabr aylarında kreditlərdən əldə etdiyi gəlirlər açıqlanıb.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu ilin 9 ayında bankların kreditlər üzrə faiz gəlirləri 2,232.7 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17.3% çoxdur.
Bankların 2023-cü ilin eyni dövründə kreditlər üzrə faiz gəlirləri 1,903.1 milyon manat təşkil etmişdir.
Yanvar-sentyabr ayında faizlər üzrə xərcləri isə 848.3 milyon manat olub. Faiz xərclərinin böyük hissəsi depozitlər üzrə faiz xərcləridir.