11 C
Baku
Monday, November 25, 2024

Banklar 9 ayda əhaliyə 636 milyon manat depozit faizləri ödəyiblər

Azərbaycandakı banklar 2024-cü ilin yanvar-sentyabr ayında cəlb etdikləri depozitlər (əmanətlər) üzrə  636.4 milyon manatlıq faiz ödəyiblər.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 186.5 milyon manat və ya 41.4% artıb.

2023-cü ilin ilk 9 ayında banklar 449.9 milyon manatlıq depozit faizləri ödəmişdilər.

Son xəbərlər
Digər xəbərlər