13 C
Baku
Friday, November 22, 2024

Rusiya Qazaxıstan, Gürcüstan və Azərbaycan hesabına elektrik enerjisi idxalını artırıb

Rusiyanın “İnter RAO” enerji şirkəti (Rusiya Federasiyasında elektrik enerjisinin ixrac-idxalının yeganə operatoru) 2024-cü ilin yanvar-sentyabr aylarında elektrik enerjisi ixracını 33,5% azaldaraq 5,546 mlrd. kVt-saatadək endirib.

Hesabat dövründə şirkət üzrə Rusiyaya elektrik enerjisi idxalı 12,7% artaraq 1,603 mlrd. kVt-saata çatıb.

Qeyd olunub ki, hesabat dövründə Qazaxıstan, Qırğızıstan, Monqolustan və bəzi digər istiqamətlər üzrə ixrac tədarükünün həcmində artım müşahidə olunub. Çinə tədarükün azalması isə Uzaq Şərq enerji sistemindəki məhdudiyyətlərlə bağlıdır.

Bildirilir ki, idxalın artımı əsasən Qazaxıstan, Gürcüstan və Azərbaycandan elektrik enerjisi axınlarının hesabına baş verib.

Qeyd edək ki, “İnter RAO” Rusiya Federasiyasında, eləcə də Avropa və MDB-də aktivləri idarə edən şirkətdir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər