12 C
Baku
Monday, October 28, 2024

Xaricdən Azərbaycana pul köçürmələri 29% azalıb

2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsi ilə 1 milyard 332 milyon manat vəsait daxil olub.

Banker.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın statistik bülletenində bildirilir.

Ötən ilin eyni aylarında isə banklara sürətli pul köçürmə vasitəsi ilə daxil olan vəsaitin həcmi 1 milyard 884 milyon manat idi. Belə ki, illik müqayisədə Azərbaycana pul köçürmələri 29% azalıb.

Bu ilin 9 ayında banklardan kənara köçürmələrin məbləği isə 393.4 milyon manat təşkil edib.

 

Son xəbərlər
Digər xəbərlər