13 C
Baku
Friday, November 22, 2024

Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib

Böyük Britaniya Sosial Layihələndirmə Agentliyi (SLA), “Dialoq” Muxtar Qeyri-Kommersiya Təşkilatı (MQKT) və “Struktura” şirkətlər qrupuna qarşı növbəti anti-Rusiya məhdudiyyətləri çərçivəsində məhdudlaşdırıcı tədbirlər tətbiq edib.

Bunu Britaniya hökumətinin saytında yenilənmiş sanksiyalar siyahısı sübut edir.

Siyahıya əsasən, ölkəyə giriş qadağası və aktivlərin aşkar edildiyi təqdirdə aktivlərin dondurulmasını ehtiva edən məhdudiyyətlər Sosial Layihələndirmə Agentliyini və “Struktura”nın direktoru İlya Qambaşidze, SLA-nın proqram direktoru Andrey Perla və “Struktura”nın baş direktoru Nikolay Tupikini əhatə edib.

Son xəbərlər
Digər xəbərlər