12 C
Baku
Monday, November 18, 2024

“Boeing” səhmlərinin satışı vasitəsilə $21 mlrd. cəlb edib

“Boeing” səhmlərinin satışı çərçivəsində təxminən 21 milyard dollar vəsait cəlb edib. Bildirilir ki, Amerika təyyarə istehsalçısı 143 dollar qiymətinə (16.09 milyard dollara) 112.5 milyon adi səhm və 5 milyard dollara depozitar səhm satıb.

Şirkət adi səhmləri oktyabrın 25-i cümə günü bağlanış qiymətinə (155.01 dollar) təxminən 7.7% endirimlə satılıb. Oktyabrın 28-də ticarətin bağlanışında şirkətin səhmləri əvvəlki bağlanışla müqayisədə (- 2.79%) 4.32 dollar dəyər itirərək 150.69 dollara olub.

“Bloomberg” qeyd edir ki, ümumilikdə, “Boeing” səhmləri bu il demək olar ki, 42% ucuzlaşıb ki, bu da “Dow Jones Industrial Average”də ikinci ən pis göstəricidir.

Oktyabrın 29-da ABŞ-d. premarketdə “Boeing”in səhmlərinin qiyməti Bakı vaxtı ilə saat 12:40-da 0.12% azalaraq bir səhm üçün 150.54 dollar təşkil edib.

Son xəbərlər
Digər xəbərlər