6 C
Baku
Sunday, December 15, 2024

Dövriyyədə olan manat kütləsinin azalma səbəbı açıqlanıb

Respublikamızda manatla geniş pul kütləsinin azalmasının səbəbləri açıqlanıb.

Bu barədə Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub. Belə ki, ötən il manatla geniş pul kütləsi (M2 pul aqreqatı) 50,6% azalıb.

Məlumata əsasən, pul kütləsinin dinamikası əsasən valyuta bazarında gedən proseslərin təsiri altında formalaşıb: “Bu da əsasən iqtisadi subyektlərin öz nağd və qeyri-nağd yığımlarını xarici valyutaya konvertasiya etmələri ilə əlaqədardır”.

Buna baxmayaraq 2015-ci ildə Azərbaycan əhalisi əmanətlərdən 521 milyon manatdan çox gəlir əldə edib: “Əhali bank sektoru ilə münasibətdə xalis kreditordur. Hesabat dövründə əhalinin əmanətləri bankların başlıca resurs mənbəyi olub. Əhalinin əmanətlərinin həcmi kreditlərini əhəmiyyətli üstələyir. Hazırda ölkədə hər 1000 nəfərə 762 əmanətçi düşür. Adambaşına əmanətin məbləği 1000 manata çatıb”.

APA-Economics

Son xəbərlər
Digər xəbərlər