13 C
Baku
Friday, November 22, 2024

Gələn il Bakıda 80 kilometrlik mikromobillik şəbəkəsinin qurulması başa çatacaq

Bakıda 8 Noyabr prospektindəki velosiped zolağı da daxil olmaqla 80 kilometrlik mikromobillik şəbəkəsinin qurulması hədəflənir.

Bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin təşkil etdiyi ictimai dinləmədə qurumun mikromobillik şöbəsinin müdiri Coşqun Məmmədov deyib.

O bildirib ki, hazırda Bakıda 32 km velosiped yolu çəkilib.

“Müddət olaraq 80 km mikromobillik şəbəkəsinin qurulmasını növbəti ilin ortasına qədər başa çatdırmağı planlayırıq”, – deyə o qeyd edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər