Müdafiə Sənayesi Nazirliyinə məxsus “Azon zavodu” MMC-yə yeni rəhbər gətirilib.
Banker.az-ın məlumatına görə, yeni təyin edilən direktor Yaşar İbrahimov Qurban oğludur.
Buna qədər vəzifədə Ruhin Cəfərov idi.
Qeyd edək ki, 2006-cı ilin sentyabr ayından Azon zavodu Azərbaycan Rеspublikası Müdafiə Sənayеsi Nazirliyinin tabеliyində fəaliyyət göstərir. Azon zavodu Azərbaycanda inteqral mikrosxemlərin tam istehsalı üzrə ixtisaslaşmış, geniş texnoloji bazaya malik yeganə müəssisədir.