13 C
Baku
Thursday, November 14, 2024

“Dolların bahalaşması ikirəqəmli inflyasiya vəd edir”- Ekspert

İqtisadçı Samir Əliyev Mərkəzi Bankın uçot dərəcəsini növbəti dəfə artırmasına münasibət bildirib. Uçot dərəcəsinin artım ehtimalının 5 illik fasilədən sonra ilk artım ehtimalı qədər yüksək olduğunu bildirib:

“Bu artım son deyil. İl ərzində Mərkəzi Bank mərhələlərlə uçot dərəcəsini artıracaq. Hətta ikirəqəmli həddə çatdırılması istisna edilmir. Səbəb aydındır. Mərkəzi Bank bu addımı ilə son aylar artan inflyasiyanı cilovlamaq və manat aktivlərinin gəlirliyini artırmaq samir_aliyevniyyətindədir. Ölkədə il ərzində 2 dəfə devalvasiya baş verib və manat dəyərini 2 dəfə itirib. İdxaldan asılı olan Azərbaycan üçün dolların bahalaşması yüksək inflyasiya vəd edir. Hətta son aylar alıcılıq qabiliyyətinin itməsi fonunda bir sıra qeyri-ərzaq mallarının ucuzlaşması da inflyasiyanın qarşısını almaq gücündə deyil”.

Ekspert deyib ki, Mərkəzi Bank yaxın bir ildə pul kütləsini azaltmaq hesabına, hökumət isə inzibati metodlardan və müəyyən vergi güzəştlərindən istifadə etməklə qiymətləri tənzimləməyə çalışır:

Modern.az

Son xəbərlər
Digər xəbərlər