Xəbər verdiyimiz kimi, Prezidentin bu gün imzaladığı sərəncama əsasən, Cabbar Hafiz oğlu Musayev Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
C.Musayev 1981-ci il yanvarın 10-da Naxçıvan şəhərində anadan olub. Ali təhsilinin Ankara şəhərində alıb, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə kredit ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib.
2016-cı il aprelin 18-dən bu təyinatadək Dövlət Statistika Komitəsinin Aparat rəhbəri vəzifəsində çalışırdı.