9 C
Baku
Tuesday, November 5, 2024

“Threads” 275 milyon aktiv istifadəçi ilə “X”ə çatır

“Threads” qlobal səviyyədə ciddi uğur qazanıb və 275 milyon aktiv istifadəçiyə çatıb.

İlon Mask “X” sosial şəbəkəsini (keçmiş “Twitter”i) satın almadan əvvəl platformanın 330 milyon istifadəçisi olduğunu nəzərə alsaq, bu rəqəm diqqətəlayiq bir inkişafdır.

Bununla belə, istifadəçilər arasında tətbiqin effektivliyi ilə bağlı bəzi narahatlıqlar var.

“Threads” istifadəçiləri bildirirlər ki, platformanın istifadəçilərinin sayının çox olmasına baxmayaraq, məzmun axını və qarşılıqlı əlaqə “X” qədər aktiv deyil. Xüsusilə sosial media istifadəçiləri canlı müzakirə mühiti və ani qarşılıqlı əlaqə axtardıqları zaman “Threads”in daha statik bir quruluşa sahib olması məyusedicidir.

Qeyd edək ki, son bir ildə “Threads”in istifadəçi sayının artmasına baxmayaraq, əksər istifadəçilər “X”in təklif etdiyi dinamik və canlı məzmun axınını əldən verdiklərini bildirirlər.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər