9.1 C
Baku
Wednesday, November 6, 2024

Azərbaycanda bazar sahiblərinə dividend ödəniləcək

“Şəki-Bazar” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı 25  dekabr 2024-cü il tarixdə, saat 11.30-da Şəki şəhəri, S.Rəhman küçəsi 1, “Şəki-Bazar”ASC-nin binasında keçiriləcəkdir.

Banker.az xəbər verir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107 3.1-ci bəndinə əsasən səhmdarlar yığıncaqda iştirak hüququnu bilavasitə özü və ya nümayəndəsi vasitəsilə həyata keçirə bilərlər.

Yığıncağın gündəliyi:

1. “Şəki-Bazar” ASC-nin 2023-cü ildəki maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarının  müzakirəsi.

2. 2023-cü ilin maliyyə nəticələrinə görə maliyyə-təftiş komissiyasının hesabatı və mühasibat balansının təsdiq edilməsi.

3. 2023-cü ilin yekunlarına görə mənfəətdən səhmdarlara ayrılmış dividend haqqında məlumat.

4. Digər məsələlər.

Səhmdarların ümumi yığıncağının gündəliyinin materialları ilə tanış olmaq üçün ­“Şəki-Bazar” ASC-nin idarə heyətinə müraciət etmək lazımdır.

Son xəbərlər
Digər xəbərlər