“Körpü Tunel Tikinti” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.
Məlumata əsasən, “Körpü Tunel Tikinti” MMC-nin vergi borcu 10 610 320.82 manatdır. Bu vergi borcu 06.11.2024-cü il tarixinə olan məlumatdır.
Xatırladaq ki, MMC 2015-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 7 179 107.94 AZN-dir və qanuni təmsilçisi Şahin Şirinovdur.