15 C
Baku
Sunday, November 24, 2024

Trampın qələbəsi dünyanın ən zəngin 10 adamının sərvətini artırdı

ABŞ-dakı prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Trampın qələbəsindən sonra dünyanın ən zəngin 10 adamının sərvəti rekord həddə yüksəlib.

Bu barədə “Bloomberg” dünya milyarderləri indeksinə istinadən yazıb.

Ümumilikdə milyarderlərin sərvəti 63,5 milyard dollar artıb.

Gəlir artımı baxımından iş adamı İlon Maskın sərvəti 290,3 milyard dollara çatıb.

Onu sərvəti 228,3 milyard dollara çatan “Amazon”un qurucusu Ceff Bezos izləyir.

“Oracle” texnologiya şirkətinin Direktorlar Şurasının sədri Larri Ellisonun da gəlirləri artıb. Onun sərvəti 193,5 milyard dollara çatıb.

“Bloomberg” sərvətləri artan digər iş adamları arasında Bill Qeyts, Larri Peyc, Sergey Brin, Uorren Baffet və Stiv Balmerin də adını çəkib.

Dünyanın ən varlı adamlarının qazanclarının çoxu ABŞ səhmlərinin yüksəlməsindən əldə edilir. Ağ Evə yenidən qayıdan Trampın daha aşağı vergiləri təşviq edən qaydalar həyata keçirəcəyini bəyan edib.

5 noyabrda ABŞ-da keçirilən prezident seçkilərində keçmiş prezident Donald Tramp 295 səslə demokrat namizəd Kamala Harrisi məğlub edib. Kamala Harris 226 səs toplayıb.

Namizədlər seçicilərin müvafiq olaraq 50,8%-nin (72,5 milyon) və 47,5%-nin (67,8 milyon) dəstəyini qazanıb.

Son xəbərlər
Digər xəbərlər