14 C
Baku
Saturday, November 16, 2024

55 şirkət 2050-ci ilə qədər sıfır emissiya öhdəliyini üzərinə götürüb

55 şirkət Neft və Qaz Karbon Emissiyasının Azaldılması Xartiyasına qoşularaq 2030-cu ilə qədər metan emissiyalarını sıfıra, 2050-ci ilə qədər isə xalis emissiyaları sıfıra endirməyi öhdəliyini götürüb.

Bunu COP28-in Prezidenti Sultan Əhməd Əl-Cabir BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılış mərasimində deyib.

O bildirib ki, bu təşəbbüs real nəticələrə yönəlib. “Çin, Hindistan, Rusiya, ABŞ, Avropa İttifaqı və Körfəz ölkələrindən olan iştirakçılar bu məsələdə aktivdir. Bu, karbon emissiyalarını azaltmaq üçün indiyə qədər həyata keçirilən ən təsiredici özəl sektor tərəfdaşlığıdır və biz daha çox şirkətin bu mühüm təşəbbüsə qoşulmasını gözləyirik. Bütün sektorlar üzrə birgə fəaliyyət həyata keçirilərsə biz iqtisadiyyatları gücləndirə və emissiyaları azalda bilərik”.

COP28 Prezidenti dövlət və özəl sektorun resurslarını və maliyyələşdirməni daha əlçatan və sərfəli etmək üçün çağırışları davam etdirdiyini qeyd edib.

Son xəbərlər
Digər xəbərlər