12 C
Baku
Monday, November 25, 2024

Tramp ABŞ dövlət katibi vəzifəsinə namizəd irəli sürüb

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Florida ştatından senator Marko Rubionun dövlət katibi vəzifəsinə namizədliyi barədə qərarını açıqlayıb.

Bu barədə Respublikaçılar Partiyasının keçid komandasının yaydığı bəyanatda deyilir.

“Marko xalqımızın güclü müdafiəçisi, müttəfiqlərimizə sadiq dost və rəqiblərimizə heç vaxt boyun əyməyən qorxmaz döyüşçü olacaq”, – mətndə qeyd olunur.

Qeyd edək ki, Rubio Trampın Ukrayna ilə bağlı ümumi mövqeyini dəstəkləyir. O, 2024-cü ilin aprelində Ukraynaya qəbul edilən 61 milyard dollarlıq hərbi yardım paketinin əleyhinə Senatda səs verən 15 respublikaçı arasında olub.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər