“Azərbaycan Duz İstehsalat Birliyi” QSC təşkilati-hüquqi formasını dəyişir.
Banker.az xəbər verir ki, təşkilati-hüquqi formasını dəyişərək məhdud məsuliyyətli cəmiyyətə çevrildiyini elan edir.
Xatırladaq ki, 21 iyul 2010-cu ildə istismara verilmiş müəssisə ölkədə yeganə və ilk duz rafinasiya zavodudur. Xammalı Masazır gölündən təmin olunan Azərbaycan Duz İstehsalat Birliyi ölkəni və regionu yodlaşdırılmış duz ilə tam təmin etmək imkanına malikdir.