13 C
Baku
Sunday, November 24, 2024

COP29-da Paris Sazişinin 6.8-ci maddəsi razılaşdırılıb

Bu gün Paris Sazişinin 6.8-ci maddəsi (iqlim dəyişikliyinin təsirlərinin azaldılması və iqtisadiyyatların müvafiq adaptasiyası üçün qeyri-bazar yanaşmaları) razılaşdırılıb.

Bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev COP29 çərçivəsində keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, COP29-un ilk həftəsində irəliləyiş əldə edilib: “Əvvəlcə 6.4-cü maddə üzrə, bu gün isə qeyri-bazar yanaşmalarıla bağlı 6.8-ci maddə razılaşdırılıb”.

“Bunlar 6-cı Maddə üzrə danışıqların tamamlanması yolunda mühüm addımlardır”, – o bildirib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər