İnformasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2024-cü ilin yanvar-oktyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 12.1 faiz artaraq 2 863.6 milyon manat təşkil etmişdir ki, onun da 72,3 faizi əhali tərəfindən istehlak olunub.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Xidmətlərdən əldə edilən gəlirin 35,1 faizi və ya 1004,6 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.