15 C
Baku
Tuesday, November 19, 2024

Mərkəzi Bank saxtakarlarla bağlı xəbərdarlıq edib

Mərkəzi Bank tərəfindən aparılan müşahidələrə və daxil olan müraciətlərə əsasən Bankın rəhbər şəxslərinin adından hazırlanmış saxta sənəd və lisenziyalardan istifadə edilməklə maliyyə xidmətləri istehlakçılarına həqiqətə uyğun olmayan məlumatların verilməsi hallarının yer aldığı müəyyən olunub.

Bu barədə Banker.az Mərkəzi Banka istinadla xəbər verir.

Bununla əlaqədar olaraq bildiririk ki, Mərkəzi Bank tərəfindən müvafiq maliyyə xidmətlərinin göstərilməsi üçün təqdim olunmuş lisenziyalara dair məlumatlar Bankın rəsmi internet səhifəsində Bazar iştirakçıları bölməsinin aidiyyəti üzrə yarımbölmələrində əks olunub və davamlı olaraq yenilənir.

Bu kimi hallarla rastlaşdıqda Mərkəzi Bankın rəsmi internet səhifəsindən əsas istinad və məlumat mənbəyi kimi istifadə edilməsi tövsiyə olunur.

Əlavə suallarla bağlı Mərkəzi Bankın Qaynar xəttinə (966) müraciət oluna bilər.

Son xəbərlər
Digər xəbərlər