15 C
Baku
Tuesday, November 19, 2024

Mərkəzi Bankın diqqətində olan bu iqtisadi göstərici yüksəlir

Azərbaycanda baza inflyasiyası 2024-cü ilin oktyabrında yüksəldiyi müşahidə edilir.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayır.

Belə ki, oktyabrda baza inflyasiyası illik 3.2 faiz təşkil edib. Bu keçən ay cəmi 2.9 faiz təşkil edirdi.

Oktyabrda sentyabr ayı ilə müqayisədə baza inflyasiyası 0.5 faiz,  2024-cü ilin yanvar-oktyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 1.6 faiz artıb.

İstehlak qiymətlərinin bazis indeksi, qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlər, həmçinin mövsümi xarakter daşıyan kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan və bazis inflyasiyası kimi qəbul edilir.

Bu indeks ölkədə manatın qiymət tənzimləməsi mandatına sahib olan Azərbaycan Mərkəzi Bankı tərəfindən diqqətdə saxlanılan məsələdir. Baza inflyasiyadakı dəyişikliklər uzunmüddətli qiymət artım meyllərini əks etdirdiyi üçün, pul siyasəti qərarlarını daha doğru şəkildə yönləndirir. Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 1 noyabr 2024-cü il tarixli qərarına əsasən uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb. Üçüncü dəfə faizlər dəyişdirilməz saxlanılıb.

32423432423

DSK-nin məlumatına əsasən, ölkədə istehlak qiymətləri indeksi və ya illik inflyasiya 3.5 faiz təşkil edib. Sənaye məhsullarının istehsalçı indeksi isə oktyabrda 2.3 faizdən 1.7 faizə düşüb.

Mərkəzi Bankın pul-kredit siysətində ölkədə illik inflyasiya 2 faiz və 6 faiz intervalında hədəflənib.

Son xəbərlər
Digər xəbərlər