2024-cü ilin ilk 11 ayında Azərbaycan 74 723 ədəd avtomobil idxal edib ki, bununda dəyəri 1 milyard 484 milyon dollarıdır.
Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, avtomobil idxalı illik müqayisədə miqdar baxımından 8% az olsa da, dəyər baxımından 8% artıb.
Əsasən adam daşımaq üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər mühərrikli nəqliyyat vasitələrinin idxalı isə 11% azalaraq 66 961 ədəd olub.
Bu avtomobillərin 6 457-i (206 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 2 592-si (104 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.