11 C
Baku
Monday, November 25, 2024

Gələn il ÜDM-də qeyri-neft-qaz sektorunun payı 70%-i keçəcək

2025-ci ildə Azərbaycanın ümumi daxili məhsulunda (ÜDM) qeyri-neft-qaz sektorunun payının 68%-dən 71,3%-ə çatması gözlənilir.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bildirib.

Bundan başqa, onun sözlərinə görə, gələn il ölkədə adambaşına düşən ÜDM-in dəyərinin 7 412 ABŞ dolları təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da beynəlxalq təsnifatda Azərbaycanın yuxarı-orta gəlirli ölkələr qrupunda öz yerini qoruyub saxlaması və daha da möhkəmləndirilməsi deməkdir.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər