9 C
Baku
Friday, November 29, 2024

Azərbaycanla İndoneziya arasında diplomatik və xidməti pasportların sahibləri vizadan azad edilir

Milli Məclis Azərbaycanla İndoneziya arasında diplomatik və xidməti pasportların sahiblərinin vizadan azad edilməsini təsdiqləyib.

Bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə İndoneziya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportların sahiblərinin vizadan azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə layihə parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Layihə səsverməyə qoyularaq qəbul edilib.

Qeyd edək ki, memorandum bu ilin sentyabr ayının 27-də Nyu-York şəhərində imzalanıb.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər