Ölkəmiz dünyada ən çox qazlaşma olan ölkələrdən biridir, birincisidir.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov deyib.
Nazir müavini bildirib ki, hazırda ölkədə qazlaşdırma səviyyəsi 96,5%-dir: “Kiçik kəndlərin, dağ kəndlərinin qazlaşmasında müəyyən problemlər var, bunların həllinə çalışırıq. Qazlaşdırma insanların məişət probleminin həllində xüsusi rol oynayır. Amma indi yeni enerji mənbələri ortaya çıxır. 7-8 nəfər əhalisi olan bir kəndə qaz çəkmək nə dərəcədə səmərəlidir?! Biz hələ yeni enerji mənbələrinə vərdiş etməmişik, amma yavaş-yavaş bu istiqamətdə işlər gedir. Gələcəkdə yəqin ki, digər mənbələrdən istifadə etməliyik ki, bu məsələlər həllini tapsın”.