8 C
Baku
Monday, December 2, 2024

İran istehsal üçün lazımi kapital toplaya bilmir

İranda istehsalatı yüksəltmək üçün lazımi kapital toplamaq mümkün olmayıb.

Bunu İranın iqtisadiyyat və maliyyə naziri Əbdülnasir Himməti İRNA-ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, son iki il səkkiz ayda İran iqtisadiyyatına 2 milyard 100 milyon dollar sərmayə qoyulub.

Nazir qeyd edib ki, iqtisadi inkişafın səviyyəsi üç-dörd faizi keçməyib: “8 faizli iqtisadi səviyyəyə yetişmək çox çətindir”.

Əbdülnasir Himmətinin sözlərinə görə, ölkəsində məhsuldarlıq sıfıra yaxındır, istehsalda istifadə üçün xarici sərmayə azdır.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər