21-30 dekabr tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda “Kənddən Şəhərə” Yeni il yarmarkası keçiriləcək.
Kənd Təsərrüfatı Nazirliyindən Banker.az-a verilən məlumata görə, yarmarka Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı, Atatürk parkının qarşısı) ünvanında təşkil olunacaq və 10 gün müddətində fasiləsiz davam edəcək.