Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsindən azad edilib.
Bununla bağlı mədəniyyət naziri Adil Kərimli əmr imzalayıb.
Əmrə əsasən, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Pərvin Kazımov tutduğu vəzifədən azad edilib. Hələlik Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə yeni təyinat yoxdur.
Bundan başqa, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı tutduğu vəzifədən azad edilib.
Faiq Xudanlı bununla bağlı “Facebook” hesabında paylaşım edib.
Hələlik Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə yeni təyinat yoxdur.