26 noyabr 2024-cü ildə “WisdomTree” şirkəti ABŞ-nin Delaver ştatında “Ripple ETF”i (XRP) işə salmaq üçün SEC-ə müraciət edib. Qeyd edək ki, Delaverdəki qeydiyyat ilkin addımdır, rəsmi deyil. “WisdomTree”nin yaxın aylarda SEC-ə rəsmi S-1 müraciətini təqdim etməsi planlaşdırılır.
“WisdomTree” XRP əsaslı ETF-lərə maraq göstərən yeganə şirkət deyil. Oktyabr ayında “Bitwise” də XRP-yə yönəlmiş öz ETF təklifini təqdim edib. “Canary Capital” isə “Solana”, “Litecoin” və “Hedera Hashgraph” (HBAR) kriptovalyutalarına bağlı ETF-lərə diqqət yetirir.
“WisdomTree” şirkəti ETF bazarında əsas oyunçulardan biridir. O, bitkoin əsaslı ETF-ni işə salan ilk şirkətlərdən biri olub. “WisdomTree” ETF portfelini genişləndirməyə davam edir. XRP əsasında fondun yaradılması üçün ilkin addımlar kriptovalyutalarla bağlı hüquqi mürəkkəbliklərə baxmayaraq, onlara marağın davam etdiyini göstərir.