“Taiwan Semiconductor Manufacturing Co” (TSMC) Arizonadakı yeni zavodda “Blackwell” süni intellekt çiplərinin istehsalı üçün “Nvidia” ilə danışıqlar aparır, bu barədə “Reuters” yazır.
Agentlik mənbələri bildirir ki, TSMC 2025-ci ilin əvvəlində istehsala başlamağa hazırlaşır. Hələlik “Blackwell” çipləri şirkətin təkcə Tayvandakı müəssisələrində istehsal olunur. TSMC süni intellekt və sürətləndirilmiş hesablama ilə məşğul olan müştərilərin bu çiplərə güclü tələbat yaratdığını qeyd edir.
TSMC səhmləri dekabrın 5-də ticarətin bağlanışında 1075 Tayvan dolları (33 ABŞ dollar) dəyərində olub. “Nvidia” səhmləri isə 3.48% artaraq 145.14 dollara çatıb. “Nvidia” “Blackwell” çiplərinə böyük ümidlər bəsləyir. Bununla belə, onlarla bağlı bir sıra problemlər var. Məsələn, bu çipləri olan serverlər həddindən artıq qızır.
Noyabrda “Nvidia” dünyada kapitallaşmaya görə birinci yeri tutub. İndi o, “Apple”dan geri qalır: iPhone istehsalçısının bazar dəyəri dekabrın 4-nə 3.67 trilyon dollar, “Nvidia”ın isə 3.55 dollar təşkil edib.
Danimarkanın “Saxo Bank”ı “şokedici” proqnozda 2025-ci ildə “Blackwell” çipləri sayəsində “Nvidia”nın kapitallaşmasının 7 trilyon dollara çatacağını proqnozlaşdırıb.