3 C
Baku
Saturday, December 14, 2024

Türkiyə “Google”u 75 milyon dollar cərimələyib

Türkiyənin Rəqabət Şurası ölkədə qayda pozuntuları üçün “Google” şirkətini 75 milyon dollar cərimələyib.

Türkiyə tənzimləyicisi “Google”u ölkənin reklam bazarındakı dominant mövqeyindən sui-istifadə etməkdə ittiham edib. Qurum bildirib ki, “Google” öz xidmətini istifadəçilərə təklif etməklə SSP reklam platformalarının axtarışını təhrif edib. Bu, “Google”un rəqiblərinin işinə mane olurdu.

“Google” altı ay ərzində rəqiblərin əlverişsiz vəziyyətdə olmamasını təmin etməlidir.

Son xəbərlər
Digər xəbərlər