Qırğızıstanın Baş naziri və Prezident Administrasiyasının rəhbəri Akılbek Japarov istefaya göndərilib.
Bu barədə prezident Sadır Japarov sərəncam imzalayıb.
Onun səlahiyyətlərinin müvəqqəti icrası Baş nazirin birinci müavini və maliyyə naziri Adılbek Kasımaliyevə tapşırılıb.
Qeyd edək ki, A. Kasımaliyev 2015-2018-ci illərdə maliyyə naziri vəzifəsində çalışıb, 2022-ci ildən isə baş nazirin birinci müavini təyin olunub.