7 C
Baku
Monday, December 16, 2024

Norveç Ukraynaya 242 mln. dollar hərbi yardım ayıracaq

Norveç Ukraynanın Hərbi Dəniz Qüvvələrinin gücləndirilməsinə 242 milyon ABŞ dolları vəsait ayıracaq.

Bu barədə ölkənin Baş naziri Yonas Qar Störe açıqlama verib.

O qeyd edib ki, həmin vəsaitin böyük hissəsi ölkənin Qara dənizdəki hərbi donanmasının maddi-texniki təminatına, idxal-ixrac əməliyyatlarının təhlükəsizliyinin gücləndirilməsinə, eləcə də sözügedən akvatoriyadan yönələn təhlükənin qarşısını almağa sərf olunacaq.

Eyni zamanda rəsmi Oslo Ukraynaya minatəmizləmə əməliyyatları, habelə ordunun şəxsi heyətinin hərbi hazırlığında da dəstək olacaq.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər