Azərbaycanda son 6 ildə əmək müqavilələrinin sayı 50% və ya 609 min artıb.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Dayaq” mükafatının təqdim olunma mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 609 min əmək müqavilələrinin 80%-dən çoxu – 500 mini məhz özəl sektorun payına düşür: “Bu dövr ərzində özəl sektor əmək bazarında 2 dəfə artıb, əməkhaqqı fondu 3 dəfə artıb”.
O vurğulayıb ki, bu gün Azərbaycan bütün istiqamətlərdə və sektorlarda fəal inkişaf edir: “Ölkə iqtisadiyyatı artırılır, əhalinin rifah halı yüksəlir, müdafiə qabiliyyəti gücləndirilir və ən əsası, işğaldan azad edilmiş ərazilər sıfırdan bərpa olunur: “Burada ən yüksək tələblərə cavab verən müasir infrastruktur yaradılır. Bu gün Azərbaycanı səciyyələndirən genişmiqyaslı proqramlar həyata keçirilir”.