10 C
Baku
Tuesday, December 17, 2024

Azərbaycanda gömrük gəlirlərinin toplanması istiqamətində yeni mexanizm hazırlanıb

Dövlət Gömrük Komitəsi (DGK) gəlirlərin toplanması istiqamətində elektron bildiriş sistemi və təminat əsasında malların buraxılış mexanizmini hazırlayıb.

Bunu DGK-nın sədri Şahin Bağırov bu gün Bakıda keçirilən Gömrük-Biznes Forumunda bildirib.

“Gəlirlərin toplanması istiqamətində beynəlxalq standartlara uyğun olaraq metodik vəsait, elektron bildiriş sistemi və təminat əsasında malların buraxılış mexanizmi hazırlanıb”, – o vurğulayıb.

Ş. Bağırovun sözlərinə görə, toplama, gömrük rüsumları və vergiləri 2023-cü ilin dövlət bücəsinin 18%-ni, ÜDM-nin 5,2%-ni təşkil edib: “Büdcə daxilolmaları üzrə gömrük gəlirlərində 2023-cü ildə 2022-cü illə müqayisədə 12,4% artım müşahidə olunub”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər