Çexiya və Xorvatiya son 2024-cü ildə ən Azərbaycanın ən iri xam neft alıcısına çevriliblər.
Banker.az xəbər verir ki, Çexiya hesabat müddətində Azərbaycandan 1.583 mln. ton və ya 977.55 mln. dollarlıq, Xorvatiya isə 1.436 mln. ton və ya 873.4 mln. dollarlıq xam neft alıblar.
İki Avropa ölkəsi bununla Azərbaycanın 2 və 3-cü ən iri xam neft alıcısına çevriliblər.
Keçən il Azərbaycan Xorvatiyanın əsas xam neft (85%) təchizatçısı kimi çıxış edib. Laki Çexiya 7.323 mln ton xam neftin 4.223 mln. tonunu Rusiyadan, qalan 1.965 mln. tonunu Azərbaycandan alıb.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, ilin ilk 11 ayında Azərbaycan xaricə 21.556 mln. ton xam neft satıb və buna görə ölkəyə 13 mlrd. 304.39 mln. dollarlıq valyuta gəlib. Xam neft ölkə ixracının 54.67 faiz paya sahibdir.
2024-cü ilin ilk 11 ayı ərzində Azərbaycanın xaricə xam neft ixracı | ||
Ölkə | Miqdar (ton) | Statistik dəyər (min USD) |
Cəmi | 21,555,781.63 | 13,304,395.40 |
İtaliya | 9,862,810.89 | 6,141,532.20 |
Çexiya | 1,583,207.32 | 977,547.28 |
Xorvatiya | 1,436,178.46 | 873,398.61 |
Hindistan | 1,168,876.01 | 729,796.92 |
İsrail | 1,173,002.75 | 713,268.03 |
Almaniya | 1,002,224.39 | 634,442.48 |
Portuqaliya | 1,005,213.63 | 631,169.31 |
Böyük Britaniya | 650,115.40 | 390,895.78 |
Rumıniya | 623,530.67 | 368,552.50 |
Tunis | 443,921.14 | 278,567.44 |
Tailand | 376,876.12 | 234,238.66 |
Türkiyə | 369,579.92 | 201,627.52 |
İndoneziya | 310,833.01 | 178,463.01 |
Serbiya | 241,179.61 | 151,905.17 |
Yunanıstan | 228,237.47 | 144,806.06 |
İspaniya | 250,395.80 | 142,979.29 |
İrlandiya | 174,283.74 | 110,428.45 |
Niderland | 168,985.69 | 106,838.99 |
Uruqvay | 138,719.62 | 85,099.83 |
Polşa | 90,150.50 | 57,363.56 |
Fransa | 89,844.28 | 57,147.28 |
Avstriya | 85,868.91 | 47,903.69 |
Bolqarıstan | 80,853.09 | 45,989.25 |
Özbəkistan | 893.2 | 434.09 |