10 C
Baku
Wednesday, December 18, 2024

“Cibdən ödənişlərin böyük hissəsini dərman vasitələrinə sərf olunan pullar təşkil edir”

Cibdən ödənişlərin böyük hissəsini dərman vasitələrinə sərf olunan pullar təşkil edir.

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji İnkişaf və İqtisadi təhlil departamentinin rəhbəri Ramil Muxtarzadə Səhiyyə İdarəçiləri Zirvəsi çərçivəsində keçirilən paneldə çıxışı zamanı deyib.

O bildirib ki, icbari tibbi sığortanın tətbiqindən sonra ölkədə cibdən ödənişlərdə azalma müşahidə olunur:

“Cibdən ödənişlərin də daha da azaldılması yönündə addımlar atılır. Cibdən ödənişlərin böyük hissəsini dərman vasitələrinə sərf olunan pullar təşkil edir. Bunu nəzərə alaraq artıq gələn ildən etibarən ambulator dərman vasitələrinin icbari tibbi sığorta çərçivəsində təmin edilməsi nəzərdə tutulub. Hazırda həmin qərarın tətbiqi üçün qaydaların üzərində işlənilir”.

Qeyd edək ki, ambulator dərman vasitələrinin təminatına gələn ilin 6 ayı üzrə 40 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. İlk mərhələdə ürək-damar sistemi, ikinci mərhələdə həzm sistemi, üçüncü mərhələdə isə tənəffüs sistemi xəstəlikləri üçün dərmanlar olacaq. Ambulatorda dərman təminatına ilin ikinci yarısı başlanılacaq.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər