“Nissan Motor Co.” səhmləri “Honda Motor Co.” ilə potensial birləşmə ümidləri fonunda çərşənbə günü 24% artaraq 50 ilin ən yüksək göstəricisinə çatıb. Bu, yapon avtomobil istehsalçısını maliyyə böhranından xilas edəcək, “Bloomberg” yazır.
“Honda”nın səhmlərinin qiyməti, əksinə, təxminən 3% ucuzlaşıb.
Qeyd edək ki, Yaponiyanın “Honda Motor” və “Nissan Motor” şirkətləri Çin avtomobil istehsalçılarının artan rəqabəti və elektriklə işləyən avtomobillərə gözləniləndən daha aşağı istehlak tələbi səbəbindən birləşmək üçün danışıqlar aparır.
“Financial Times”in qeyd etdiyi kimi, birləşmə “Nissan”ın təxminən 27% paya sahib olduğu “Mitsubishi Motors”a təsir edəcək. Bu üç marka hər il təxminən 8 milyon avtomobil istehsal edə bilər.