6 C
Baku
Thursday, December 19, 2024

Belarus əcnəbilər üçün elektron viza tətbiq edir

Belarus hökuməti respublikanın viza qaydalarına düzəlişlər edib. Belə ki, əcnəbilər üçün elektron viza tətbiq edilir. Siyahıyaa Almaniya, ABŞ, Böyük Britaniya, Yaponiya, Fransa, Kanada və İspaniya da daxil olmaqla 67 ölkə daxildir.

Viza almaq üçün əcnəbilər Vahid Elektron Xidmətlər Portalında şəxsi kabinetlərində ərizə təqdim etməlidirlər. Qeyd edək ki, viza müraciəti ödənişlidir, qiyməti hələlik açıqlanmır. Bildirilir ki, ərizəyə 7 gün müddətində baxılır. Sənədin təcili verilməsi nəzərdə tutulmur.

Elektron vizalar birdəfəlik və fərdi olacaq, 30 gün müddətinə veriləcək. Məqsədlərə işgüzar səfər, idmanda iştirak, mədəni, elmi, təhsil tədbirləri və təcrübə keçmək, şəxsi işlər, turizm daxildir.

Elektron viza ilə bağlı qaydalar rəsmi dərc edildikdən üç ay sonra, təxminən 2025-ci ilin martında qüvvəyə minəcək.

Son xəbərlər
Digər xəbərlər