9 C
Baku
Thursday, December 26, 2024

MİDA-nın güzəştli mənzilləri üzrə 233 mln. manatlıq ipoteka krediti verilib

Azərbaycan Dövlət İpoteka və Kredit Zəmanət Fondu (İKZF) Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan güzəştli mənzillərin satışının dəstəklənməsi üçün 2018-ci ildən etibarən 4802 şəxsə 233,1 mln. manat həcmində güzəştli ipoteka krediti verib.

Bunu İKZF-nin İpoteka kreditləri departamentinin direktoru Rasim Abdullayev deyib.

O bildirib ki, 82 şəxsə isə 3,6 mln. manat məbləğində adi ipoteka krediti verilib.

“Agentliyin sərəncamında olan mənzillərin 70%-dən çox hissəsinin satışı Fondun xətti ilə verilən güzəştli ipoteka krediti vasitəsilə həyata keçirilib”, – deyə Rasim Abdullayev əlavə edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər