10 C
Baku
Thursday, December 26, 2024

“X” sosial şəbəkəsi abunənin qiymətini qaldırıb

“X” sosial şəbəkəsi dekabrın 21-dən “Premium+” abunə qiymətini aylıq 22 dollara qədər artırıb. Cari abunəçilər 20 yanvar tarixinə qədər “Premium+” abunəliyindən eyni şərtlərlə istifadə etməyə davam edə bilərlər.

Şirkətdən verilən məlumata görə, artan abunə qiymətindən əldə edilən gəlirin bir hissəsi platformadakı məzmun müəlliflərinə göndəriləcək. Şirkət həmçinin abunə qiymətlərini artırmaqla reklamçılardan asılılığı azaltmaq istəyir. Dəyişikliklər hələlik yalnız seçilmiş ölkələrdə görünəcək.

Premium+ istifadəçiləri indi lentə reklamsız baxa, həmçinin açar sözlərdən istifadə edərək trendləri izləmək üçün “Radar” xidməti və “Grok” çat-botu ilə daha sıx işləyə biləcəklər. “Basic” və “Premium” abunələrin qiyməti dəyişməyib və hələ də müvafiq olaraq ayda 3 və 8 dollar təşkil edir.

  • Taglar
  • X
Son xəbərlər
Digər xəbərlər