7 C
Baku
Saturday, December 28, 2024

“Təmiz Şəhər”ə subsidiya 28%-ə yaxın azaldılıb

2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən “Təmiz Şəhər” ASC-yə 29 milyon manat subsidiya ayrılacaq.

Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “2025-ci ilin dövlət büdcəsi haqqında” qanunun tətbiqi barədə Fərmanda öz əksini tapıb.

Sənədə əsasən, bu, 2024-cü illə müqayisədə 27,5% azdır.

Xatırladaq ki, bu gün Prezident İlham Əliyev Milli Məclisin dekabrın 16-da qəbul etdiyi “2025-ci il dövlət büdcəsi haqqında” qanunu təsdiqləyib.

Gələn il büdcənin gəlirlərinin 38 milyard 356 milyon manat (2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5,4% çox), xərclərinin isə 41 milyard 407,6 milyon manat (4,2% çox) olacağı gözlənilir. Son nəticədə büdcədə ÜDM-in 2,4%-i qədər – 3 milyard 51,6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 9% azdır.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər