Argentina pesosu 2024-cü ildə ən çox möhkəmlənən valyuta olub, bu barədə “Financial Times” yazır. Ölkənin “GMA Capital” konsaltinq şirkəti tərəfindən təhlil edilən Beynəlxalq Hesablaşmalar Bankının məlumatlarına görə, bu ilin 11 ayı ərzində Argentina valyutası ticarət tərəfdaşlarının valyutaları səbətinə nisbətən 44% möhkəmlənib. Qeyd edək ki, ikinci yerdə 21.2% bahalaşan türk lirəsi dayanır.
Pesonun möhkəmlənməsi argentinalıların rəsmi məzənnəyə çıxışın məhdudlaşdırılması səbəbindən valyutaların qanuni və qeyri-qanuni bazarına təsir göstərib. “FT” qeyd edir ki, Argentinada dollar ifadəsində orta əmək haqqı 2023-cü ilin dekabrından 2024-cü ilin oktyabrına qədər təxminən iki dəfə artaraq 990 dollara çatıb.
Eyni zamanda, qəzet vurğulayır ki, Argentina Mərkəzi Bankının valyuta ehtiyatları yüksək peso məzənnəsinin dəstəyi səbəbindən praktiki olaraq tükənib və tənzimləyici onları bərpa etmək üçün “mübarizə aparır”. Mütəxəssislərin fikrincə, pesonun əsl sınağı prezident Havyer Miley 2025-ci ilin sonuna qədər valyuta nəzarətini aradan qaldırdığı zaman başlayacaq.