®BOKT Embafinans QSC-nin Direktoru Nahid Hüseynovla blits intervyunu nəzərinizə çatdırırıq:
- Bu ili BOKT Embafinans QSC üçün necə qiymətləndirirsiniz?
Bu il bizim təşkilatımız üçün çox uğurlu oldu. Kreditlərimizin həcmini 25% artırmağa müvəffəq olduq, bir çox yeni tərəfdaş ilə kreditləşmə məhsullarını istifadəyə verdik və müştəri bazamızı əhəmiyyətli dərəcədə genişləndirdik. Bundan əlavə, kreditləşmə sahəsində keyfiyyətli xidmətlərimiz və innovativ həllərimiz üçün bir neçə mükafat qazandıq.
- Gələn il hansı rəqəmsal həlləri təqdim edəcəksiniz?
Gələn il biz tamamilə rəqəmsal platforma istifadəyə verməyi planlaşdırırıq ki, bu da müştərilərimizə kreditlərini onlayn şəkildə, ofisə gəlmədən əldə etməyə imkan verəcək. Həmçinin, müştərilərə məsləhətlər almağa və maliyyələrini real vaxt rejimində idarə etməyə kömək edəcək rəqəmsal dəstək sistemi tətbiq edirik.
- Hansı yeni kredit məhsulları hazırlayırsınız?
Biz yaşıl layihələr üçün yaşıl kreditlər və startaplar üçün xüsusi kredit proqramları kimi yeni kredit məhsulları üzərində fəal şəkildə çalışırıq. Bundan əlavə, qadın sahibkarların təşəbbüslərini dəstəkləmək və qadın biznesini inkişaf etdirmək üçün qadınlar üçün mikromaliyyələşdirmə proqramını istifadəyə verməyi planlaşdırırıq. Əlavə olaraq mövcud məhsullarımızın təkmilləşməsinə və istifadəçilər üçün daha sərfəli olmasına dair müvafiq yeniliklər tətbiq edəcəyik.
- Qeyri-bank kredit təşkilatlarının perspektivləri?
Bank olmayan (BOKT) kredit təşkilatları iqtisadiyyatda mühüm rol oynayır, çünki onlar kiçik və orta biznesə, həmçinin sıravi əhaliyə maliyyə xidmətləri göstərir. Gələcəkdə biz rəqəmsal həllər və mikromaliyyələşdirmənin inkişafında böyük perspektivlər görürük ki, bu da maliyyə xidmətlərinin əlçatanlığını və keyfiyyətini yaxşılaşdırmağa imkan verəcək.
- Sosial layihələr …
Biz yerli icmaları dəstəkləmək və müştərilərimizin həyat şəraitini yaxşılaşdırmaq məqsədilə sosial layihələrdə fəal iştirak edirik. Bu il gənclər üçün maliyyə savadlılığı proqramları , aztəminatlı ailələrinin dəstəklənməsi, ətraf mühit və ekologiya qorunması daxil olmaqla bir neçə təşəbbüs layihələrinin hazırlanmasına başladıq və üzümüzə gələn il aktiv şəkildə sosiyal fəaliyyətimizə davam edəcəyik. Biz inanırıq ki, cəmiyyətin inkişafına töhfəmiz bütövlükdə regiona kömək edir.